2 Ağustos 2011 Salı

SAVALANDA OXUNAN BEYANIYYE.

     Ulu tanrının adıyla
      Sevimli bacılar, sayın qardaşlar
      Bildiyiniz kimi Azərbaycan Türk milləti heç bir zaman işğal, zülm və istibdada boyun eyməyib və hər zaman azadlıq səngəri, aydınlıq ocağı olubdur...
Bölgədə azadlıq hərəkatına işıq saçaraq başqa millətlərin belə ümid dayağı olmuşdur.
Azərbaycan hər zaman azadlığa döyünən ürək, dirənən ruh və zaman-zaman can atan bir varlıq olmuşdur.
İsgəndər işğalına qarşı Atropatın mübarizə üslubu, ərəb işğalına qarşı  ulu Babəkin yaratdığı Xürrəmilər hərəkatı, Əmir Teymur dönəmində Nəsimi və hürufilik hərəkatı, yeni çağdaş məşrutə hərəkatı, Xiyabani qiyamı,21 Azər hərəkatı və başqa həmasələr azadlıq mübarizəsinin tam aydın örnəkləridir.
İndiyse, illər boyu ölüm yatağına sürüklədikləri ölməz varlıq odlar yurdu Azərbaycanı nə qədər yolundan yayındırmağa çalışsalar da artıq 10 illərdir ki, millətimiz milli insani haqlarını əldə etməsi üçün tam mədəni və sivil yollarla savaş aparıb və bu haqq yolunun yolçuları günü gündən artmaqdadır .
İndiki zaman  siyasi dəyişmələrin sürətlənməsi bilgi və ilişgi dünyasının genişlənməsi ,hər bir olaya olan etkisi milli şuurun öyrənciləri,gənclər və toplum arasında geniş yayılması  Azərbaycan milli hərəkatının bölgədə güclü etkisi və uluslararasında bəlli şəkildə tanınan düzəni, bizim haqq yolumuzun yaxşı sonuclarından xəbər versə də, hələ də rasizm sistemi öz asemilasiya siyasətini buraxmaq istəmir,İranda yaşayan millətlərin kimliyini danıb, milli və doğal haqlarına xor baxaraq, onları əridib yox etməyə çalışır .
Elə bu üzdən də bizim milli savaşımız davam etməkdədir və biz indiki enerjili ,bilgili,bacarıqlı və cəsarətli Azərbaycan oğul- qızları aydıncasına bu qutsal savaşı sonuca çatdırmağı öz qaşımızda  məqsəd tutmuşuq.
Bu yolda bütün güclərimizi birləşdirərək yalnız və yalnız Azərbaycan milli çıxarları uğrunda addım atacayıq.
Yad səslərə-- yabancıların aldadıcı sözlərinə, işlərinə uymayaraq təkcə Azərbaycan məhvərli düşünüb davranmalıyıq.Milli hərəkatımızın dəyərliyini, gücünü bir daha sübut etməliyik. Ona göra də, biz Savalan həftəsində bu qutsal yerdə  namusumuz və şərəfimiz üzərinə and içir ve tələb edirik:
1-   bütün çalışmalarda , Azərbaycan milli çıxarlarını şəxsi , quruhi və teyfi çıxarlardan üstün tutacayıq.
2-   Şəhərlər arasında ixtilaf salma siyasətinə qarşı olaraq , bütün hərəkətlərimizdə Azərbaycanı bir bütöv varlıq görüb və Təbrizi bir tarixi- mənəvi mərkəz olduğunu  vurğulamağı məqsədə uyğun görürük.
3-   Bütün milli fəalları özəlliklə öndə gedən çalışqanları  milli sərmayə olduğunu göz önünə tutaraq, onları təkləyib, çeşitli taktiklər , bəhanələr və yollarla tapdalanıb təxrib edilməsinə bir an belə yol vermeyəcəyik və aramızda yaradılmağa can atılan təfrəqələrə qarşı duracayiq.
4-   Milli iradələrimizi daha da gücləndirib əməl meydanlarında məşq edərək, inam qaynağına söykənərək, bütün boğuntulu ortamları sındıraraq, dönə dönə həmasələrın yaranmasını gerçəkləşdirəcəyik.
İstəklər və tələblər:
1-   Türk dilinin rəsmiləşməsi və Azərbaycan kültürünün qorunub çikəkləndirilməsi
2-   Santiralism sisteminin aradan qaldırılması ve millətlərin özünü idarə etmə üsulunun rəsmiyyətə tanınması
3-   İranda yaşayan bütün millətlərin əməldə bərabər hüquqlu olmasına şərait yaranması
4-   İranın bütün bölgələrinə iqtisadi imkanların ədalətli şəkildə bölüşdürülməsi
5-   Türk dilində bütün İran verilişlər yaymaq üçün radio və televiziya kanallarının yaradılması və mətbuat azadlığının qorunması
6-   Batı Azərbaycan (Urmunun) kürdləşdirmə siyasətinin dayandırılması
7-   Bütün tutuqlanan siyasi məhbuslarımızın azadlığa buraxılması
8-   Sivil toplantıların azad şəkildə keçirilməsinə şərait yaradilması
9-   Azəbaycanın doğal qaynaqları, yeraltı və yerüstü sərvətlərinin qorunub düzgün yollarla qullanılması, özəlliklə Urmu gölünün qurumasının qarşısının alınması və Savalanın dünya alanında bir doğal qaynaq olaraq, qeyd olunması.
Yaşasın Azərbaycan !

Hiç yorum yok:

Yorum Gönder